Banka Aidiyyatı Olan Şəxs Adından Hərəkət Edən Şəxslər

aralarında bağladıqları müqavilə əsasında banka aidiyyatı olan şəxs adından hərəkət etməyə hüququ olan şəxs; banka aidiyyatı olan şəxsin mühüm təsir göstərə bildiyi hüquqi şəxs; banka aidiyyatı olan şəxsin nümayəndəsi.
Bank Zəmanəti
Banka Aidiyyatı Olan Şəxslər
OBASTAN VİKİ
Hərəkət edən səki
Sərnişin konveyeri (slenq ing. travelator) və ya Hərəkət edən səki — sərnişinlərin hərəkətini yüngülləşdirən və ya tezləşdirən hərəkət edən pilləsiz mexaniki yol. O ingilis dilində : travelator, walkalator, movator., rus dilində isə həmçinin "qaçan yol" («бегущая дорожка») və "hərəkət edən səki" («движущийся тротуар») də adlandırırlar. Sərnişin konveyeri bir qayda olaraq böyük ticarət komplekslərində, aeroportlarda, vağzallarda və sərgi komplekslərində istifadə edirlər. Onlar həm şaquli, həm də üfüqi qurulur. Sürətinə görə sərnişin konveyerləri az sürətli (2.5-3.6 km/saat), sürətli (12–17 km/saat) və passiv kabinəli sistemlərə (20–33 km/saat) bölünürlər. Sərnişinlər az sürətli səkilərin lentinə səkidən və ya giriş meydançasından keçirlər. Sürətli lentlərə isə ardıcıl olaraq aşağı sürətli lentdən daha böyük sürətli lentə prinsipi ilə keçirlər. Sürət artdıqca hərəkət edən səkinin (Travolatorun) sərnişin daşıma qabiliyyəti artır, lakin müəyyən sürətdən sonra aşağı düşməyə başlayır. Sürətli səkilər daha yüksək daşıma qabiliyyətini təmin edirlər.
Banka
Hərəkət
Hərəkət sözünün aşağıdakı izahları vardır : obyektin məkanda yerini dəyişməsi Fizikada Mexaniki hərəkət — maddi obyektin digər maddi obyektlərə nisbətən fəzada vəziyyətinin daimi dəyişməsi. Broun hərəkəti Bir stasionar vəziyyətdən digərinə keçidin nəticəsi (Kvant fizikası). Yol hərəkəti Fəlsəfədə Hərəkət (fəlsəfə) — fəzada istənilən dəyişikliyi göstərən fəlsəfi kateqoriya. Biologiyada Hərəkət (biologiya) Təqribən eyni mənanı verən Hərəkat sözünün izahları: mütəşəkkil insan qrupunun məqsədli hərəkatı, məsələn: Muharibə əleyhinə hərakat Yaşıllar hərəkatı Gənclər hərəkatı və s.
Şəxs
Şəxs — ümumdanışıq, hüquqi və elmi termin. Şəxs — qrammatika kateqoriyası.
Zagrebačka banka
Zagrebačka banka (Zaqrebaçka banka, Zaqreb bankı) — Xorvatiyanın ən böyük bankı. UniCredit Maliyyə Korporasiyasının törəmə bankı. 1989-cu ildə tam özəlləşdirilən ilk Xorvatiya bankı və listinqlə birjaya (Zaqreb fond birjası, 1995-ci il) çıxan ilk Xorvatiya bankı. CROBEX adlı Xorvatiyanın əsas fond indeksinə daxil olan 25 şirkətdən biri. Bank 1914-cü ildə Zaqreb hakimiyyəti tərəfindən Gradska štedionica (şəhər əmanət bankı) adı ilə təsis edilmişdir. Bankın əsas vəzifəsi ilk öncə şəhər ictimai müəssisə və təşkilatlarını maliyyələşdirmək idi. Yarandığı gündən iki il sonra bank şəhərdə tramvay şəbəkəsi tikən Zaqreb Tramvay Şirkətini (ZET) maliyyələşdirməyə, eləcə də digər infrastruktur layihələrini kreditlərlə dəstəkləməyə başladı. İkinci Dünya Müharibəsindən sonra bankın adı Gradska štedionica Zagreb (Zaqreb Şəhəri Əmanət Bankı) oldu. 1977-ci ildə bir sıra yenidən qurulmadan sonra bank müəssisələrə kredit verməyə yönəlmiş Zaqrebačka banka və fiziki şəxslərə maliyyə xidmətləri göstərən Gradska štedionica bölündü. 1980-ci ildə onlar yenidən birləşdilər, lakin artıq Zagrebačka banka adı altında.
Çistaya Banka
Çistaya Banka (rus. Чистая Банка) — Xəzər dənizinin şimal-şərqində yerləşir. Züdev adasından 27 km cənubda, Volqa çayı deltasında yerləşir. Çistaya Banka adasının uzunluğu 6 km, eni isə 4 km təşkil edir. Ada inzibati cəhətdən Həştərxan vilayəti ərazisinə daxildir. Çistaya Banka adası ərazisində qədim İdil şəhəri mövcud olmuşdur. Tarixçi Konstantin Nikolayeviç kosmosdan baxış zamanı adada şəhər qalıqlarını aşkarlamışdır.
Olan
Vimne (fr. və oks. Vimenet) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12174. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 2 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 3165 nəfər təşkil edirdi. 2007-ci ildə 1977 yaşda (15-64 yaş arasında) 1457 nəfər iqtisadi fəal, 490 nəfər hərəkətsiz (fəaliyyət göstərici 75,2%, 1999-cu ildə 68.1%) idi.
Dəmir yolu ilə hərəkət edən nəqliyyat vasitələri
Dəmir yolu ilə hərəkət edən nəqliyyat vasitələri dəmir yolu üstündə hərəkət edən hər hansısa bir nəqliyyat vasitəsidir. Bura adətən lokomotivlər və vaqonlar kimi nəqliyyat vasitələri daxil olurlar. Dəmir yolu ilə hərəkət edən nəqliyyat vasitələrini istehsal edən sənaye sahəsində hərəkət vaqonu termini həm mühərrikli, həm də elektrik enerjisi olmadan hərəkət edən nəqliyyat vasitələri daxil olmaqla dəmir yolunda istifadə edilən bütün növ nəqliyyat vasitələrinə aiddir: məsələn, lokomotivlər, yük və sərnişin vaqonları (və ya vaqonlar) və eyni zamanda da gəlir gətirməyən vaqonlar. Bu nəqliyyat vasitələri mühərriksiz hərəkət edən və ya özüyeriyən, təkvaqonlu və ya çoxvaqonlu halda ola bilir. Dəmir yolu nəqliyyat vasitələrinin bir-biri ilə əlaqələndirilmiş olan seriyası isə qatardır (lokomotivə tətbiq edilən bu termin ümumi yanlış addır).
Bəndər (şəxs)
Fiziki şəxs
Fiziki şəxs (ing. natural person) – özəl və ya ictimai (məsələn hökumət) təşkilat ola bilən hüquqi şəxsin daha geniş kateqoriyasından fərqlənən fərdi insan olan şəxs. Tarixən insandan çox köləliyin mövcud olduğu bəzi yurisdiksiyalarda insan mütləq fiziki şəxs hesab edilmirdi. Rəsmi qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs.
Hüquqi şəxs
Hüquqi şəxs — Hüquqi şəxs konstruksiyasının genezisi — əmələ gəlməsinin tarixi kökləri qədim zamanlarla bağlıdır. Hələ Roma xüsusi hüququ dövründə əmlak münasibətlərində fiziki şəxslərdən başqa, onların birlikləri və qrupları da subyekt rolunda çıxış edirdilər. Amma hüquqi şəxslərin Romanın iqtisadi həyatındakı əhəmiyyəti böyük deyildi. Hətta Roma təsərüfatının nisbətən inkişaf etdiyi, beynəlxalq ticarətin inkişaf etdiyi, canlandığı bir dövrdə hüquqi şəxslər mühüm rol oynaya bilməmişdir. Əsasən natural xarakter daşıyan təsərüfat şəraitində ayrı cür də ola bilməzdi. Hətta Roma xüsusi hüququna "hüquqi şəxs" termininin özü də məlum deyildi. Roma hüquqşünasları tərəfindən hüquqi şəxs anlayışı işlənib hazırlanmamışdı. Onlar yalnız hüququn fiziki şəxslərin yaratdıqları birliklərə məxsus olması faktını etiraf etməklə kifayətlənirdilər. Lakin buna baxmayaraq, necə olursa-olsun şəxs ideyasının və konstruksiyasının yaradılması Roma xüsusi hüququnun mühüm xidmətlərindən biridir. Hüquqi şəxs anlayışı ilk dəfə olaraq məhz Roma hüququ tərəfindən yaradılmış və yeni xalqların hüququ tərəfindən qəbul edilmişdi.
Hərəkət (fəlsəfə)
Hərəkət - fəlsəfədə mühüm problemlərdən biri. Dünyada hər şey daimi hərəkətdədir. Müxtəlif predmetlərdə molekulların hərəkəti baş verir. Canlı orqanizmlərdə fasiləsiz surətdə maddələr mübadiləsi gedir. Bundan əlavə, onlarda digər fizioloji proseslər də özünü göstərir. İlk nəzərdə hərəkətsiz kimi görünən ürək bir an dayanmır, damarlara qan vurur, hərəkət edir. Cəmiyyət həyatından da hərəkətə dair çoxlu misallar gətirmək olar. Belə ki, insanların əmək fəaliyyətində, siyasi həyatda və mədəniyyətdə daim müəyyən dəyişikliklər yaranır. Hətta insanın təfəkkürü də bir yerdə dayanmır. O fikirlərin hərəkəti deməkdir.
Hərəkət azadlığı
Hərəkət azadlığı — insanların ölkə ərazisi daxilində bir yerdən başqa yerə getmək, ölkəni tərk etmək və öz ölkəsinə maneəsiz qayıtmaq hüququ. Hərəkət azadlığı şəxsin təkcə bir yerdən başqa yerə getmək deyil, həm də sərbəst surətdə özünə yaşayış yeri seçmək azadlığını da ehtiva edir.
Hərəkət nəzarəti
Hərəkət nəzarəti — Avtomatlaşdırma intizamının tərkib hissəsidir. O, obyektlərin hərəkəti ilə konseptual şəkildə əlaqəli olan bütün texnologiyaları əhatə edir. Bununla birlikdə, hərəkətə nəzarət dedikdə, maşın hissələrini aktivləşdirmək üçün ilk növbədə servo mexanizmlərin hərəkət nəzarəti olmaqla, hidravlik/pnevmatik nasosların, silindrlərin (pistonların), elektrik mühərriklərinin hərəkət nəzarətidir. Bununla birlikdə, hərəkətin idarə edilməsi və ya hərəkət nəzarəti deyildikdə, ümumiyyətlə servo motorların hərəkət nəzarəti başa düşülür. Hərəkət idarəsində (nəzarətində), hərəkətin iki əsas komponenti olan mövqe və sürət komponentlərinin nəzarəti vacibdir. Hərəkət nəzarəti robot texnikası və CNC sistemlərinin vacib hissəsidir. Bununla birlikdə, bu sistemlərdə hərəkət nəzarəti, kinematikanın adətən daha sadə olduğu ixtisaslaşdırılmış maşınlardakı hərəkətə nəzarətdən daha mürəkkəbdir. Nisbətən daha sadə olan ikinci istifadəni ümumi hərəkət nəzarəti adlandırmaq olar. Hərəkət nəzarəti qablaşdırma, çap, toxuculuq, yarımfabrikat istehsalı, montaj sənayesi və istehsal xətlərində geniş istifadə olunur. Əsas hərəkətə nəzarət sistemi arxitekturasına aşağıdakı komponentlər daxildir: İstədiyiniz hərəkət profilinə uyğun olaraq istinad nöqtələrini yaradan bir hərəkət nəzarətçisi Hərəkət tənzimləyicisi tərəfindən istehsal olunan nəzarət siqnalını aktuatora ötürmək üçün daha güclü bir elektrik cərəyanına/gərginliyə çevirən gücləndirici.
Laminar hərəkət
Matador (şəxs)
Matador (ispanca "qatil, öldürən" deməkdir — bu söz matar ["öldürmək"] feilindən yaranmışdır) — öküzü öldürən öküz döyüşçüsü. Buğa güləşləri əsasən ispan mədəniyyəti yaşanan ölkələrdə (İspaniya, Portuqaliya, Meksika, Ekvador, Peru və s.) təşkil olunur. Əsasən traje de luces adlı paltar geyinirlər. Matadorun əlində, adətən qırmızı parça olur və hərəkətləri ilə buğanı əsəbləşdirir. Keçmişdə zənn edilənin əksinə, buğa yalnız matadorun hərəkətlərinə əsəbləşir, qırmızı rəngə yox. Buğa güləşində əsas məqsəd matadorun yaralı, yaxud yorulmuş buğanı öldürməsidir. Buğa güləşləri heyvansevərlər tərəfindən ən çox tənqid olunan idman növlərindən biridir.
Mexaniki hərəkət
Mexaniki hərəkət — zaman keçdikcə bir cismin (yaxud maddi nöqtənin) digər cismə nəzərən, həmçinin eyni bir cismin ayrı-ayrı hissələrinin bir-birinə nəzərən məkanda yerdəyişməsi. Mexaniki hərəkəti riyazi baxımdan təsvir etmək üçün yerdəyişmə, gedilən yol, sürət, təcil və zaman kimi anlayışlardan istifadə olunur. Hərəkəti öyrənmək, yəni zaman keçdikcə cismin mexaniki yerdəyişməsini müəyyən etmək üçün müvafiq koordinat sistemi seçmək və onu hesablama cisminə bağlamaq lazımdır. Bundan əlavə gedilən yolun uzunluğunu təyin etmək üçün uzunluq etalonuna və zamanı ölçmək üçün ölçü cihazı rolu oynayan saata da ehtiyac vardır. Adətən sadaladığımız bu dörd ünsür — hərəkəti öyrənmək üçün seçdiyimiz cisim ona bağlı koordinat sistemi, uzunluq etalonu və saat birlikdə hesablama sistemi adlandırılır. Hər konkret mexaniki hərəkəti öyrənmək üçün müvafiq hesablama sistemi seçilir. Hərəkətin öyrənilməsi üçün vasitə rolunu oynayan koordinat sisteminin (məsələn, düzbucaqlı dekart koordinat sisteminin) başlanğıcı hesablama cismində yerləşdirilir və hərəkət məhz bu koordinat sisteminə nəzərən öyrənilir. Mexaniki hərəkət zaman keçdikcə cismin fəzada yerdəyişməsi olduğundan zaman və məkan anlayışları ilə yaxından tanış olmaq lazımdır. Klassik mexanikanın banisi Nyuton zaman və məkanı mütləq qəbul etmişdir. Nyutona görə zaman hesabat sistemindən asılı olmayaraq müntəzəm davam edir və bütün hesabat sistemləri üçün eynidir.
Nisbi hərəkət
Nisbi hərəkət (ing. Relative velocity) – seçilmiş hesablama nöqtəsinə nəzərən ölçülən yerdəyişmə. Məsələn, siçanın göstəricisi ekranda yerini dəyişdikdə onun yeni yerinin koordinatları göstəricinin əvvəlki yerinə nəzərən nisbidir. Kompüter qrafikasında və kinematoqrafiyada nisbi hərəkət bir obyektin başqasına nəzərən yerdəyişməsidir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Reaktiv hərəkət
İmpulsun saxlanma qanunu özünün ən mühüm praktik tətbiqini reaktiv hərəkətdə tapmışdır. Cismin bir hissəsi ondan ayrılaraq hər hansı sürətlə hərəkət etdiyi zaman cismin özünün əks istiqamətdə hərəkət alması reaktiv hərəkət adlanır. Reaktiv hərəkətə tüfəngin təpməsini, raketlərin, reaktiv təyyarələrin hərəkətini misal göstərmək olar. Yanacaq və oksidləşdirici kameralarında yanma kamerasına daxil olan maddələr reaksiyaya girdiktən sonra yanma nəticəsində yüksək tempraturlu və yüksək təzyiqli qazlar əmələ gəlir. Bu qazlar raketin soplusundan raketə nəzərən U axın sürəti ilə xaricə çıxır. Nəticədə raket əks istiqamətdə v sürəti ilə hərəkət edir. Yerlə bağlı koordinat sistemində startdan əvvəl raket Yerə nəzərən sükunətdə olduğundan impulsu sıfıra bərabərdir. Raket işə salınandan sonra da ümumi impulsu sıfra bərabər olmalıdır. M- raketin örtüyünün kütləsi, m- isə raketin soplosundan çıxan qazın kütləsi olsun. Onda impulsun saxlanma qanununa görə yaza bilərik: Yəni raketin örtüyünün sürəti, qazın sürəti ilə qazın kütləsinin raketin örtüyünün kütləsinə olan nisbəti hasilinə bərabərdir.
Rəqsi hərəkət
Rəqsi hərəkət — hər hansı trayektoriya üzrə müəyyən zaman müddətindən sonra təkrarlanan hərəkətdir. Rəqsi hərəkət, əsasən, iki növdə olur: məcburi rəqslər və sərbəst rəqslər. İcbari rəqs – periodik dəyişən xarici qüvvələrin təsiri nəticəsində baş verən rəqslərdir. Sərbəst rəqslər-tarazlıq halından çıxarılmış sistemdə daxili qüvvələrin təsiri nəticəsində baş verən rəqslərdir. Mexaniki rəqsi hərəkət - cismin və ya cisimlər sisteminin tarazlıq vəziyyəti ətrafında əks istiqamətlərdə tamamilə və ya qismən təkrarlanan hərəkətidir. Başqa sözlə desək: Mexaniki rəqsi hərəkət - cismin və ya cisimlər sisteminin tarazlıq vəziyyəti ətrafında gah bu, gah da digər istiqamətdə yerdəyişməsidir. Periodik hərəkət - bərabər zaman fasilələrindən sonra təkrarlanan hərəkətdir və iki növü var: fırlanma hərəkəti və rəqsi hərəkət. Rəqs sistemi - rəqsi hərəkət icra edən cisim və ya cisimlər sistemidir. Sərbəst rəqslər - tarazlıq vəziyyətindən çıxarıldıqdan sonra sistemdə yaranan rəqslərdir. Məxsusi rəqs tezliyi - sistemi xarakterizə edən kəmiyyətlərlərdən asılı olan sərbəst rəqslərin tezliyinə deyilir.
Turbulent hərəkət
Turbulent hərəkət — (lat.turbulentus-burulğanlı) Suyun,havanın elə hərəkətidir ki, hissəciklər ümumi,paralel irəliləmə ilə yanaşı olaraq, həm də mürəkkəb trayektoriya üzrə hərəkat edir və maddələrin qarışmasına səbəb olur.
Hərəkət siniri
Hərəkət siniri və ya motor siniri — mərkəzi sinir sistemindən (MSS) bədənin əzələlərinə motor siqnallarını ötürən sinir. Bu, hüceyrə gövdəsini və dendritlərin budaqlanmasını ehtiva edən motor neyronundan fərqlidir. Sinir akson dəstəsindən ibarətdir. Hərəkət sinirləri periferiyadakı duyğu reseptorlarından MSS-ə siqnalları daşıyan afferent sinirlərdən (həmçinin həssas sinirlər adlanır) fərqli olaraq, mərkəzi sinir sistemindən əzələlərə məlumat daşıyan efferent sinirlər kimi fəaliyyət göstərir. Efferent sinirlər əzələlər əvəzinə vəzlərə və ya digər orqanlara də qoşula bilər (və buna görə də motor sinirləri efferent sinirlərə ekvivalent deyil). Bundan əlavə, qarışıq sinirlər adlanan həm duyğu, həm də motor sinirləri kimi xidmət edən sinirlər var. Hərəkət (motor) sinir lifləri mərkəzi sinir sistemindən proksimal əzələ toxumasının periferik neyronlarına siqnal ötürür. Hərəkət sinirlərinin akson ucları skelet və hamar əzələləri innervasiya edir, çünki onlar əzələlərin idarə olunmasında fəal iştirak edirlər. Hərəkət sinirləri asetilkolin köpücüklərlə zəngindir, çünki motor siniri hərəkət və hərəkətə nəzarət üçün motor siqnalları və siqnalları ötürən motor sinir aksonları dəstəsidir. Kalsium köpücükləri motor sinir dəstələrinin aksonlarının uclarında yerləşir.
Vəzifəli şəxs
Vəzifəli şəxs — təyinat yolu ilə və ya seçkilərin nəticələrinə əsasən hökumət nümayəndəsi funksiyalarını daimi, müvəqqəti və ya xüsusi səlahiyyətlərə uyğun olaraq həyata keçirən, dövlət idarələrində, müəssisələrdə, təşkilatlarda, partiyalarda, ictimai qurumlarda, təşkilatlarda vəzifə tutan şəxs. və təşkilati və inzibati funksiyaların və ya inzibati vəzifələrin həyata keçirilməsi ilə bağlı birləşmələr. Bir isim kimi "vəzifəli şəxs" sözü ilk dəfə 1314-cü ildə ortaya çıxan Orta İngilis dövrünə aiddir. Bu, qədim fransız məmurundan (12-ci əsr), Latın rəsmisindən ("magistralın köməkçisi, dövlət məmuru"), ilkin rəsmi sifətdən istifadə edən isimdən ("vəzifə, xidmət və ya ofisi və ya ona aid olan") officiumdan (“ofis”) sözündən gəlir. . “Bəzi ictimai işlərə və ya vəzifələrə cavabdeh olan şəxs” mənası ilk dəfə 1555-ci ildə qeyd edilmişdir. Sifət ilk dəfə ingilis dilində 1533-cü ildə köhnə fransız rəsmi sözü vasitəsilə xatırlanmışdır. Vəzifəli şəxs // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Hüseyn Olan
Hüseyn Olan (1959, Bitlis ili) — əczacı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Hüseyn Olan 1959-cu ildə Bitlis ilində anadan olub. Egey Universiteti Əczaçılıq Bölməsindən məzun olub. 35 il Bitlisdə əczacı olaraq çalışıb. Van Əczaçılar Palatasında vəzifələrdə təmsil olunub. 2007-2009-cu illərdə T. C. Əczaçılar Birliyinin Təftiş Şurasının üzvü, 2009-2011-ci illərdə isə T. C. Əczaçılar Birliyinin İdarə Komitəsinin üzvü olub. 2007-ci ildə Barış Məclisinin qurulmasında yer alıb. Siyasi fəaliyyətinə 1981-ci ildə və 1996-cı ildə bir il müddətinə azadlıqdan məhrum edilib. 2014-cu ildə Bitlis bələdiyyəsinin sədri seçilib. 2016-cı il noyabrın 25-də həbs edilib və əvəzinə qəyyum təyin edilib.
Madayların şəxs adları
Madayların şəxs adları – Madaylar arasında yayılmış şəxs adları. Manna və Midiya dövlətləri yaranmazdan əvvəl onların ərazilərində xırda çarlıqlar mövcud idi. Eramızdan əvvəl IX əsrdən başlayaraq Assur çarlarının bu ölkələrə qarşı qarətçi hərbi səfərləri barədəki salnamələrində çoxlu şəxs adları qeyd olunmuşdur. Midiyalıların İrandilli olması konsepsiyasına uyğun olaraq bir sıra Qərbi Avropa və rus tarixçiləri bu adların əksəriyyətini İran dilləri vasitəsilə izah etməyə çalışmışlar, lakin sonradan aparılan araşdırmalar Midiya adlarının əsasən türkmənşəli olduğunu göstərmişdir. Maraqlıdır ki, Manna və Midiya adlarının bir hissəsi Şumer dili əsasında izah olunur. Bu heç də həmin xalqların sonrakı şumerlər olduğu demək olmasa da bəzi şumer allahlarının adlarının mannalı və midiyalı şəxs adlarında iştirak etməsi də faktdır. A m a k a r (er. əv. 820-ci il). Ehtimal ki, şumer dilində ama – ana və kar – qiymətli, yaxud gar –yerləşdirmək, yerinə qoymaq sözlərindən ibarətdir.